TÜRK DİLİ

Şübhəsiz ki, Biz hərşeyi tale ilə yaratdıq.

(Qəmər Surəsi / 49)

QURANDA TALE AYƏLƏRİ
TALEYƏ TƏSLİMİYYƏT
QURANDA NİSBİLİK
TALEYƏ TƏSLİMİYYƏTİN ÖNƏMİ
TALEYİ YAŞAMAQ MÖMİNLƏR ÜÇÜN BİR KOMFORT VƏ HÜZUR VƏSİLƏSİDİR
ZAMANIN NİSBİLİYİ TALE HƏQİQƏTİNİ AÇIQLAMAQDADIR
OLUB BİTƏNLƏRİ GƏLƏCƏKDƏN İZLƏMƏK
ZAMANIN NİSBİLİYİ VƏ TALE HƏQİQƏTİ
ELMİN SÜBUT ETDİYİ HƏQİQƏT YAŞANMIŞ TALEYİNİZİ İZLƏYİRSİNİZ

OLUB BİTƏNLƏRİ GƏLƏCƏKDƏN İZLƏMƏK

İman edən bir insanın yer üzündə imtahan edildiyinin fərqində olması, hadisələri gələcəkdən izləməsinə də şərait yaradar. Bəs "olub bitənləri gələcəkdən izləmək" nə deməkdir?

Bir insanın qarşısına nə tale böyük bir çətinlik və sıxıntı çıxarsa çıxsın, bu vəziyyət tamamilə keçici olduğunu bilməlidir. Məsələn, bir adam etmədiyi bir şeyə görə günahlandırılıb, haqsızlığa uğraya bilər. Ancaq, həqiqətin ortaya çıxacağı bir zaman mütləq gələcəkdir. Əgər haqsızlığa uğrayan adamın çəkdiyi cəzası dünyada sona çatmayıbsa belə, hesab günü ona qarşı ədalətli davranmayan şəxslər mütləq etdiklərinin qarşılığını görəcəklər. Eyniylə, haqsızlığa uğrayan adam da, bu vəziyyətə səbr etdiyi üçün hesab günü gözəl bir qarşılıq ümid edə biləcək. Zaman sürətlə irəli gedir və dünyadakı hər hadisə kimi bu hadisə də göz açıb bağlayana tale keçən bir müddət içində sona çatacaq. Bundan əlavə, Quranda Müsəlmanlar üçün hər çətinliklə bərabər bir də asanlıq yaradılacağı xəbər verilmişdir:

“Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.”

(Şərh Surəsi / 5, 6)

İman edən insan Rəbbimizin sonsuz ədalətinə güvənər, çətinliyin ardınca gələcək asanlığı gözləyər və içində olduğu vəziyyətə görə ümidsizliyə qapılmaz. Yaşadığı çətinliklərin istər dünyada, istərsə axirətdə qarşısına bir gözəllik olaraq çıxacağını xatırlayar. Bax bu da, insanın olub bitənləri gələcəkdən izləyə bilməsidir.

Müsəlman talein tamaşaçısı olduğunu bilər. Bu sirrin gözəlliyi olaraq da hər şeyi böyük bir təvəkkül, təslimiyyət və səbir içində izləyər. Hadisələrin necə inkişaf edəcəyi ilə bağlı da hər hansı bir müdaxilə, maneə ya da dayandırma imkanı olmadığının şüurundadır. "... Olar ki xoşunuza getməyən bir şey, sizin üçün xeyirlidir və olar ki, sevdiyiniz şey də sizin üçün bir şərdir. Allah bilər də, siz bilməzsiniz." (Bəqərə Surəsi / 216) ayəsini qətiliklə ağılından çıxarmaz. Necə ki Allah qullarına, "əgər iman etmişlərsə" , başlarına gələn hər bir müsibətin sonunda mütləq gözəllik və xeyr olacağını müjdələmişdir. Bu müsibətlər möminin özünü təlimləndirməsinə, imani mövzularda dərinləşməsinə, əxlaqını gözəlləşdirməsinə, yetkinləşməsinə və cənnətdəki dərəcəsinin artmasına bir vəsilədir.

Bunu da unutmamaq lazımdır ki, bu yalnız Allaha səmimi olaraq iman edən və taleyə təslim olan insanların daimi olaraq yaşaya biləcəkləri bir ruh halıdır. Dindən uzaq yaşayan insanlar isə, qarşılaşdıqları hadisələrdə taleyə olan təslimiyyətsizlikləri səbəbilə ümidsizliyə, qorxuya, həyəcana qapılar və heç cür çıxış yolu tapa bilməyəcəklərini düşünərlər. Axirətlə bağlı ümidləri və gözləmələri də olmadığı üçün hər vaxt narahat bir ruh halı içində yaşayarlar. Belə insanların yaşadıqları ruhi hal bir ayədə belə xəbər verilmişdir:

Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar.

(Ənam Surəsi / 125)

Ayədə bildirilən sıxıntılı ruh halı, bəhs edilən belə insanların taleyə təslim olmadıqlarından qaynaqlanan, öz-özlərinə etdikləri bir zülümdür. Sonsuz ağıl və qüdrət sahibi olan Allahın insanın taleyini istiqamətləndirməsi, hər şeyin hakimi olması iman edən bir insan üçün çox böyük bir nemətdir. Ancaq imanı zəif olan və ya iman etməyən insanlar bu nemətin qiymətini bilməzlər. Buna görə, taleyə təslimiyyət göstərə bilməz və həyatları boyunca hər an çətinliklərə məruz qalarlar. Əslində bu vəziyyət, təvəkkülsüzlüyün mənəvi bir cəzası olaraq dünyada verilən qarşılıqlardan biridir. Və bu insanlar öz özlərinə bilərək zülm edirlər:

Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər.

(Yunus Surəsi / 44)

ANA SƏHİFƏ

Müəllif haqqında    Digət saytlar     Bizə dəstək olun
www.adnanoktar.az - Saytı mənbə göstərərək çoxalda və köçürə bilərsiniz