TÜRK DİLİ

Şübhəsiz ki, Biz hərşeyi tale ilə yaratdıq.

(Qəmər Surəsi / 49)

QURANDA TALE AYƏLƏRİ
TALEYƏ TƏSLİMİYYƏT
QURANDA NİSBİLİK
TALEYƏ TƏSLİMİYYƏTİN ÖNƏMİ
TALEYİ YAŞAMAQ MÖMİNLƏR ÜÇÜN BİR KOMFORT VƏ HÜZUR VƏSİLƏSİDİR
ZAMANIN NİSBİLİYİ TALE HƏQİQƏTİNİ AÇIQLAMAQDADIR
OLUB BİTƏNLƏRİ GƏLƏCƏKDƏN İZLƏMƏK
ZAMANIN NİSBİLİYİ VƏ TALE HƏQİQƏTİ
ELMİN SÜBUT ETDİYİ HƏQİQƏT YAŞANMIŞ TALEYİNİZİ İZLƏYİRSİNİZ

TALEYƏ TƏSLİMİYYƏT

Yer üzündə Allahın möminlərə yaşatdığı imtahanın çox əhəmiyyətli bir sirri vardır. Bu sirrdən agah olan möminlər, qarşılaşdıqları çətinliklərə böyük bir şövq və sevinclə səbir göstərərlər. Bu sirrin özündə "tale" gerçəyi vardır. Müsəlman, Allahın hər şeyi bir tale üzrə yaratdığını və başına gələnlərin yalnız Allahın diləməsi ilə reallaşdığını bilər. İnsanların həyatlarındakı yaşadıqları bütün detalları yaradan Allahdır. Ən'am Surəsində yer üzündə meydana gələn kiçik böyük bütün hadisələrin Allahın diləməsi ilə reallaşdığı belə ifadə edilir:

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.

(Ənam Surəsi / 59)

İnsan, zamana bağlı yaşayan və hadisələri yalnız yaşadığı andan baxaraq qiymətləndirə bilən bir varlıqdır. Beləliklə, insan gələcəyi bilmədiyi üçün qarşılaşdığı hadisələrdəki hikmətləri, gözəllikləri və xeyrləri də hər zaman görə bilmir. Lakin zamandan münəzzəh olan və zamanı yaradan Allah, zamana asılı olan bütün varlıqların həyatlarını "zamanın xaricindən" görə bilir. Bax bu nöqtədə qarşımıza çıxan tale gerçəyidir. Tale, Allahın keçmiş və gələcək bütün hadisələri tək bir an olaraq bilməsidir. Yəni "sonu bilinməyən hadisələr" yalnız bizim üçün bir "naməlum"dur. Allah bizim bilmədiyimiz bu hadisələrdən agahdır. (Detallı məlumat üçün baxın. Vaxtsızlıq və Tale Gerçəyi, Harun Yəhya)

Bu səbəblə də, insanın imtahanı əvvəli və sonu müəyyən olan bir imtahandır. Keçmiş, gələcək və içində yaşadığımız an Allah Qatında birdir; hamısı olub bitmişdir. Biz isə bu hadisələri ancaq zamanı gəldiyində yaşayaraq öyrənərik. Beləliklə, bu "tale elmi" inkarçıların agah ola bilmədikləri böyük bir elmdir. Müsəlmanların dünya və axirət həyatındakı bütün çətinliklərə və sınaqlara gözəl bir səbir göstərmələrinə vəsilə olan da bu elmdir. İman edənlər "Allahın icazəsi olmadan heç bir müsibət (heç kimə) isabət etməz. Kim Allaha iman etsə, onu hidayətə yönəldər. Allah, hər şeyi biləndir." (Teğabün Surəsi / 11) ayəsində də bildirildiyi kimi, başlarına gələn hər şeyin bir tale üzrə reallaşdığını bilmənin rahatlığını və hüzurunu yaşayarlar.

Möminlərin imtahanı Allahdan bir rəhmət olaraq çox asan yaradılmışdır. Lakin bu asanlıq yalnız səmimi iman edən və taleyə təvəkkül edənlər üçündür. Haqqı ilə iman edən, səmimiyyətlə Allaha təslim olan bir Müsəlman, qarşılaşdıqları hadisələrin davamlı olaraq dəyişməsini ibrətlə, həyəcanla, şükrlə, təfəkkürlə seyr edər. Kresloya oturub bir filmi seyr edən adamın yaşadığı rahatlıqla onun üçün hazırlanmış olan taleyi güvən və sevinclə izləyər. Bəzən hərəkətli, bəzən ürküdücü, bəzən nəfsə xoş gələn, bəzən sakit kimi görünən tale görüntülərinin hamısında bir iman zövqü, iman həyəcanı vardır. Ürküdücü görünüşlər, xüsusi hazırlanmış görünüşlərdir. Ən incə detalına tale planlıdır. Amma nəticədə bunların hamısı Allahın məlumatı daxilində və Onun idarəsindədir.

Tale gerçəyini bilən və imtahanın bu sirrini qavrayan bir Müsəlman başına gələn hər cür müsibəti, aclığı ya da kasıblığı bir gözəllik olaraq görər və bunlardan çox böyük bir zövq alar. Çünki bu sınaqlar qarşısında göstərdiyi gözəl əxlaqın Allah Qatında çox qiymətli olduğunu bilər. Bu, möminlərə xas bir zövqdür. Müsəlmanlar bu cür çətinliklər qarşısında hüzün, stress, acı, çaxnaşma, qorxu kimi duyğular yaşamazlar. Çünki Allahın xeyr ya da şər olaraq görünən bütün hadisələri, Müsəlmanların xeyirinə yönəldəcəyini bilərlər. Allah bir ayəsində möminlərə, “Allah kafirlərə möminləri (məğlub etməyə )yol verməyəcəkdir. " (Nisa Surəsi / 141) şəklində bildirmişdir.

Ancaq burada səhv başa düşülməməsi lazım olan bir hal vardır: Möminlər dünyada hər cür çətinlik və sıxıntılarla qarşılaşa bilər; mallarını itirə bilər, fiziki olaraq zəif düşə bilər, xəstələnə bilər, yaralana bilər, ölə bilər və ya öldürülə bilərlər. Ancaq bunların heç biri Müsəlmanlar üçün bir "şər" deyil. Allah bunlarla iman edən qullarını sınaqdan keçirər və göstərdikləri səbrin qarşılığını da həm dünyada, həm də axirətdə qat- qat verər. Müsəlmanlar bu qısa imtahan nəticəsində sonsuz bir cənnət həyatı ilə mükafatlandırılarlar.

Buna görə, bu əhəmiyyətli həqiqəti dərk edən Müsəlmanlar çətinliklərlə qarşılaşdıqlarında şövqlənərlər. Möminlərin bu şövqləri, eyni zamanda inkar edənlərin qurduqları tələləri təsirsiz edən və müvəffəqiyyətli olmalarına maneə törədən çox xüsusi bir vəziyyətdir. İnkarçılar möminləri çətin vəziyyətdə buraxdıqlarını zənn etdikləri anlarda, onlardakı bu sevinc və şövqü görərək onlara əsla zərər verə bilməyəcəklərini də anlamış olarlar. Üstəlik, Müsəlmanların çətinlik anlarında danışdıqları gözəl sözlər da onların yaşadıqları təslimiyyəti və təvəkkülü inkarçılara göstərər. Quranda möminlərin çətinlik qarşısında söylədikləri sözlər belə bildirilmişdir:



“(Allah) bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Allaha təvəkkül etməyək? Sizin bizə verdiyiniz əziyyətlərə dözəcəyik. Qoy təvəkkül edənlər ancaq Allah təvəkkül etsinlər. Kafir olanlar öz elçilərinə dedilər: “Sizi ya öz torpağımızdan qovacağıq, ya da mütləq dinimizə qayıdacaqsınız Rəbbi də onlara belə vəhy etdi: "Biz zalımları mütləq məhv edəcəyik. və onlardan sonra sizi o yerdə sakin edəcəyik. Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir”.

(İbrahim Surəsi /12, 14)

“De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!”

(Tövbə Surəsi / 51)

Şübhəsiz, bütün bunlar Müsəlmanların Allahın yaratdığı taleyə olan təslimiyyətlərinin nəticələridir. Allaha güvənən bir insan, artıq heç bir qorxu və qəmlilik yaşamayacaq:

“Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.”

(Əhqaf Surəsi / 13)

“Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.”

(Bəqərə Surəsi / 112)

“Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və (Allahdan) qorxmuşlar. Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur.”

(Yunus Surəsi / 62, 64)

Allah başqa ayələrində də Özünə inanan və təslim olan qullarının əsla qopmayacaq bir "ipə" yapışdıqlarını bildirmişdir:

“Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır.”

(Loğman Surəsi / 22)

“Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir.”

 (Bəqərə Surəsi / 256)

ANA SƏHİFƏ

Müəllif haqqında    Digət saytlar     Bizə dəstək olun
www.adnanoktar.az - Saytı mənbə göstərərək çoxalda və köçürə bilərsiniz