TALEYƏ TƏSLİMİYYƏT
Yer üzündə
Allahın möminlərə yaşatdığı imtahanın çox əhəmiyyətli bir sirri vardır.
Bu sirrdən agah olan möminlər, qarşılaşdıqları
çətinliklərə böyük bir şövq və sevinclə səbir
göstərərlər. Bu sirrin özündə "tale" gerçəyi vardır. Müsəlman,
Allahın hər şeyi bir tale üzrə yaratdığını və
başına gələnlərin yalnız Allahın diləməsi ilə reallaşdığını bilər.
İnsanların həyatlarındakı yaşadıqları bütün detalları yaradan
Allahdır. Ən'am Surəsində yer üzündə meydana
gələn kiçik böyük bütün hadisələrin Allahın diləməsi ilə reallaşdığı
belə ifadə edilir:
Qeybin
açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə
nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə
düşən bir yarpaq belə yoxdur. Yerin
qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur
ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.
(Ənam
Surəsi / 59)
İnsan, zamana
bağlı yaşayan və hadisələri yalnız yaşadığı andan baxaraq qiymətləndirə
bilən bir varlıqdır. Beləliklə, insan gələcəyi bilmədiyi üçün
qarşılaşdığı hadisələrdəki hikmətləri,
gözəllikləri və xeyrləri də hər zaman görə bilmir. Lakin zamandan
münəzzəh olan və zamanı yaradan Allah, zamana
asılı olan bütün varlıqların həyatlarını "zamanın
xaricindən" görə bilir. Bax bu nöqtədə qarşımıza çıxan
tale
gerçəyidir. Tale, Allahın keçmiş və gələcək
bütün hadisələri tək bir an olaraq bilməsidir. Yəni "sonu bilinməyən
hadisələr" yalnız bizim üçün bir "naməlum"dur. Allah
bizim bilmədiyimiz bu hadisələrdən agahdır. (Detallı
məlumat üçün baxın. Vaxtsızlıq və Tale Gerçəyi, Harun Yəhya)
Bu səbəblə də, insanın imtahanı əvvəli və sonu müəyyən olan bir
imtahandır. Keçmiş, gələcək və içində
yaşadığımız an Allah Qatında birdir; hamısı olub bitmişdir. Biz isə bu
hadisələri ancaq zamanı gəldiyində yaşayaraq
öyrənərik. Beləliklə, bu "tale elmi"
inkarçıların agah ola bilmədikləri böyük bir elmdir.
Müsəlmanların dünya və axirət həyatındakı bütün çətinliklərə və
sınaqlara gözəl bir səbir göstərmələrinə
vəsilə olan da bu elmdir. İman edənlər "Allahın icazəsi olmadan heç
bir müsibət (heç kimə) isabət etməz. Kim
Allaha iman etsə, onu hidayətə yönəldər. Allah,
hər şeyi biləndir." (Teğabün Surəsi /
11) ayəsində də bildirildiyi kimi, başlarına gələn hər
şeyin bir tale üzrə reallaşdığını bilmənin rahatlığını və
hüzurunu yaşayarlar.
Möminlərin imtahanı Allahdan bir rəhmət olaraq çox asan yaradılmışdır.
Lakin bu asanlıq yalnız səmimi iman edən və
taleyə təvəkkül edənlər üçündür. Haqqı ilə iman edən,
səmimiyyətlə Allaha təslim olan bir Müsəlman, qarşılaşdıqları
hadisələrin davamlı olaraq dəyişməsini ibrətlə,
həyəcanla, şükrlə, təfəkkürlə seyr edər. Kresloya oturub bir filmi
seyr edən adamın yaşadığı rahatlıqla onun üçün hazırlanmış olan
taleyi güvən və sevinclə izləyər. Bəzən
hərəkətli, bəzən ürküdücü, bəzən nəfsə xoş gələn, bəzən sakit
kimi görünən tale görüntülərinin hamısında bir iman zövqü, iman
həyəcanı vardır. Ürküdücü görünüşlər, xüsusi
hazırlanmış görünüşlərdir. Ən incə detalına tale planlıdır.
Amma nəticədə bunların hamısı Allahın məlumatı daxilində və Onun
idarəsindədir.
Tale gerçəyini bilən və imtahanın bu sirrini qavrayan bir Müsəlman
başına gələn hər cür müsibəti, aclığı ya da
kasıblığı bir gözəllik olaraq görər və bunlardan çox böyük bir
zövq alar. Çünki bu sınaqlar qarşısında göstərdiyi gözəl əxlaqın
Allah Qatında çox qiymətli olduğunu bilər. Bu,
möminlərə xas bir zövqdür. Müsəlmanlar bu cür çətinliklər qarşısında
hüzün, stress, acı, çaxnaşma, qorxu kimi duyğular yaşamazlar.
Çünki Allahın xeyr ya da şər olaraq görünən
bütün hadisələri, Müsəlmanların xeyirinə yönəldəcəyini bilərlər. Allah
bir ayəsində möminlərə, “Allah kafirlərə möminləri (məğlub
etməyə )yol verməyəcəkdir. " (Nisa Surəsi
/ 141) şəklində bildirmişdir.
Ancaq burada səhv başa düşülməməsi lazım olan bir hal vardır: Möminlər
dünyada hər cür çətinlik və sıxıntılarla
qarşılaşa bilər; mallarını itirə bilər, fiziki olaraq zəif düşə
bilər, xəstələnə bilər, yaralana bilər, ölə bilər və ya öldürülə
bilərlər. Ancaq bunların heç biri Müsəlmanlar
üçün bir "şər" deyil. Allah bunlarla
iman edən qullarını sınaqdan keçirər və
göstərdikləri səbrin qarşılığını da həm dünyada, həm də axirətdə qat-
qat verər. Müsəlmanlar bu qısa imtahan nəticəsində sonsuz bir
cənnət həyatı ilə mükafatlandırılarlar.
Buna görə, bu əhəmiyyətli həqiqəti dərk edən Müsəlmanlar çətinliklərlə
qarşılaşdıqlarında şövqlənərlər. Möminlərin bu şövqləri, eyni
zamanda inkar edənlərin qurduqları tələləri
təsirsiz edən və müvəffəqiyyətli olmalarına maneə törədən çox
xüsusi bir vəziyyətdir. İnkarçılar möminləri çətin vəziyyətdə
buraxdıqlarını zənn etdikləri anlarda,
onlardakı bu sevinc və şövqü görərək onlara əsla zərər verə
bilməyəcəklərini də anlamış olarlar. Üstəlik,
Müsəlmanların çətinlik anlarında danışdıqları gözəl sözlər da
onların yaşadıqları təslimiyyəti və təvəkkülü inkarçılara
göstərər. Quranda möminlərin çətinlik
qarşısında söylədikləri sözlər belə bildirilmişdir:
“(Allah) bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Allaha təvəkkül
etməyək? Sizin bizə verdiyiniz əziyyətlərə
dözəcəyik. Qoy təvəkkül edənlər ancaq Allah təvəkkül
etsinlər. Kafir olanlar öz elçilərinə dedilər: “Sizi ya öz
torpağımızdan qovacağıq, ya da mütləq dinimizə
qayıdacaqsınız Rəbbi də onlara belə vəhy etdi:
"Biz zalımları mütləq məhv edəcəyik. və
onlardan sonra sizi o yerdə sakin edəcəyik. Bu, hüzurumda
durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir”.
(İbrahim
Surəsi /12, 14)
“De:
“Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O
bizim Himayədarımızdır. Qoy möminlər Allaha
təvəkkül etsinlər!”
(Tövbə
Surəsi / 51)
Şübhəsiz, bütün bunlar Müsəlmanların Allahın yaratdığı
taleyə olan
təslimiyyətlərinin nəticələridir. Allaha
güvənən bir insan, artıq heç bir qorxu və qəmlilik yaşamayacaq:
“Həqiqətən
də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu
yoxdur və onlar kədərlənməyəcəklər.”
(Əhqaf
Surəsi / 13)
“Xeyr! Kim
yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar.
Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.”
(Bəqərə
Surəsi / 112)
“Şübhəsiz
ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar
kədərlənməyəcəklər. Onlar iman gətirmiş və (Allahdan) qorxmuşlar.
Dünya həyatında da, axirətdə də onlara müjdə
vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu,
böyük uğurdur.”
(Yunus
Surəsi / 62, 64)
Allah başqa ayələrində də Özünə inanan və təslim olan qullarının əsla
qopmayacaq bir "ipə" yapışdıqlarını
bildirmişdir:
“Yaxşı əməl
sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən
yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır.”
(Loğman
Surəsi / 22)
“Dində
məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs
tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən
möhkəm dəstəkdən yapışmış olar. Allah
Eşidəndir, Biləndir.”
(Bəqərə
Surəsi / 256)
ANA SƏHİFƏ
|