TÜRK DİLİ

Şübhəsiz ki, Biz hərşeyi tale ilə yaratdıq.

(Qəmər Surəsi / 49)

QURANDA TALE AYƏLƏRİ
TALEYƏ TƏSLİMİYYƏT
QURANDA NİSBİLİK
TALEYƏ TƏSLİMİYYƏTİN ÖNƏMİ
TALEYİ YAŞAMAQ MÖMİNLƏR ÜÇÜN BİR KOMFORT VƏ HÜZUR VƏSİLƏSİDİR
ZAMANIN NİSBİLİYİ TALE HƏQİQƏTİNİ AÇIQLAMAQDADIR
OLUB BİTƏNLƏRİ GƏLƏCƏKDƏN İZLƏMƏK
ZAMANIN NİSBİLİYİ VƏ TALE HƏQİQƏTİ
ELMİN SÜBUT ETDİYİ HƏQİQƏT YAŞANMIŞ TALEYİNİZİ İZLƏYİRSİNİZ

TALEYƏ TƏSLİMİYYƏTİN ÖNƏMİ

Əgər Allah istəyərsə hər hansı bir insan gözəllikdən zövq alar, elmi kəşflər edər, musiqi bəstələyər, kitab yaza bilər. İnsan Allahın diləməsiylə sevinər, kədərlənər, zövq alar, həyəcanlanar, narahat olar. Musiqidən zövq alması, hansısa gözəlliyi təqdir etməsi, gözəl mənzərədən, gözəl paltardan, gözəl davranışdan, çiçəkdən, heyvanlardan, mənzərədən xoşlanması Allahın diləməsi ilədir. Əgər Allah diləməzsə insan bu hisslərin heç birinə sahib ola bilməz.

Keçmiş və gələcəyin həqiqətdə Allah qatında yaradılmış və yaşanmış olaraq gizli və hazır hadisələrin olmağı bizə çox əhəmiyyətli bir həqiqəti göstərir: Hər insan qeyri-şərtsiz taleyinə təslim olmuşdur. İnsan necə keçmişini dəyişdirə bilmirsə gələcəyini də dəyişdirə bilməz. Çünki keçmişi kimi gələcəyi də artıq yaşanmışdır. Gələcəyindəki bütün hadisələr nə vaxt, harada, nə yemək yeyəcəyi, kiminlə nə danışacağı, nə tale pul qazanacağı, hansı xəstəliklərə tutulacağı, nəhayət nə vaxt, necə, harada öləcəyi hamısı bəllidir və bunları dəyişdirə bilməz. Çünki bunlar onsuz da Allah qatında, Allahın yaddaşında yaşanmış olaraq vardır. Yalnız bunların məlumatı hələ insanın öz yaddaşında deyil.

Bu səbəbdən başlarına gələn hadisələrə kədərlənən, əsəbiləşən, qışqırıb bağıran insanlar, gələcəyinin qayğısına qalanlar əslində özlərini boş yerə üzməkdən başqa bir iş görmürlər. Çünki, necə olacağından qayğı və qorxu duyduqları gələcəkləri onsuz da yaşanmışdır və nə edirlərsə etsinlər bunları dəyişdirmək imkanları yoxdur.

Bəzi insanlar "necə olsa taleyimdə nə varsa o olacaq, o zaman mənim heç bir şey etməyimə ehtiyac yoxdur" deyərək səhv bir tale anlayışı fikirləşirlər. Hər yaşadığımızın taleyimizdə var olduğu bir həqiqətdir. Biz daha o hadisəni yaşamadan əvvəl o hadisə Allah qatında yaşanmışdır və bütün detalları ilə Allah Qatındakı Lövhi-Məhfuz adlı kitabda yazılıdır. Ancaq Allah hər insana sanki hadisələri dəyişdirməyə, öz qərarına görə hərəkət etməyə imkanı varmış kimi bir hiss verər. Məsələn insan su içmək istədiyində bunun üçün "taleyimdə varsa içərəm" deyərək oturub gözləməz. Bunun üçün qalxar, stəkanı götürər və suyunu içər. Ancaq, bunları edərkən öz iradəsi və istəyi ilə etdiyinə dair bir hiss duyar. Və həyatı boyunca bu hissi hər etdiyi işdə yaşayar. Allaha və Allahın yaratdığı taleyə təslim olmuş bir insan ilə bu həqiqəti qavraya bilməyən bir insan arasındakı fərq budur: tam təslim olan insan özü etdiyi hissini yaşamasına baxmayaraq bunların hamısını Allahın diləməsi ilə etdiyini bilər. Digəri isə, hər etdiyini öz ağılı və gücü ilə etdiyini zənn edərək yanılar.

Məsələn, bir xəstəliyi olduğunu öyrənən və təslim olmuş insan, bunun taleyində olduğunu bildiyi üçün son dərəcə təvəkküllü davranar. "Allah bunu taleyimdə yaratdığına görə, mütləq böyük bir xeyir vardır" deyə düşünər və "taleyimdə sağalmaq varsa sağalaram" deyərək tədbir almadan gözləməz. Əksinə, lazım olan bütün tədbirləri alar. Həkimə gedər, dərmanlarını alar. Ancaq getdiyi həkimin tətbiq etdiyi müalicənin, qəbul etdiyi dərmanlarla sağalıb-sağalmayacağının, qısasi hər detalın taleyində olduğunu unutmaz. Bunların hamısının Allahın yaddaşında daha özü dünyaya gəlmədən əvvəl olduğunu bilər.

Allah Quranda insanların yaşadıqları hər şeyin daha əvvəlcədən bir kitabda yazılı olduğunu belə bildirir:

Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (yazılı) olmasın. Bu, Allah üçün çox asandır. Belə ki, əlinizdən çıxana kədərlənməməyiniz və sizə (Allahın) verdikləri bu səbəbdən sevinib-qürrələnməməyiniz üçündür. Allah, lovğalanıb fəxr edəni sevməz.

(Hədid Surəsi / 22, 23)

Buna görə, taleyə iman edən bir insan, başına gələn heç bir hadisə üçün kədərlənməz, ümidsizliyə qapılmaz. Əksinə son dərəcə təvəkküllü, təslim olmuş halda və daima rahat olar. Çünki Allah insanların başlarına gələn hər şeyin əvvəlcədən müəyyən olduğunu, buna görə başlarına gələn çətinliklərə kədərlənməməyi və özlərinə verilən nemətlərlə qürurlanmamağı əmr etmişdir. İnsanın qarşılaşdığı çətinliklər də, əldə etdiyi müvəffəqiyyət və zənginliklər də Allahın təqdiri ilədir. Bunların hamısı Rəbbimizin insanları sınamaq üçün taleyində əvvəlcədən təyin etdiyi hadisələrdir. Bir ayədə bildirildiyi kimi, "... Allahın əmri, təqdir edilmiş bir taledir". (Əhzab Surəsi / 38)

Allah bir başqa ayəsində isə, "Heç şübhəsiz, biz hər şeyi tale ilə yaratdıq." (Qəmər Surəsi / 49) şəklində bildirir. Yalnız insanların deyil, bütün canlıların, əşyanın, Günəşin, Ayın, dağların, ağacların, hər varlığın Allah qatında təyin olunmuş bir talei vardır. Məsələn qırılan bir antikvar vaza, taleyində təsbit edilən anda qırılmışdır. Bir neçə əsrlik bu vaza, daha ilk emal edilərkən, kimlərin istifadə edəcəyi, hansı evin hansı küncündə, hansı əşyalarla birlikdə dayanacağı bəlli olaraq istehsal olunur. Vazanın hər naxışı, üzərindəki hər rəngi taledə əvvəlcədən müəyyən edilmişdir. Vazanın hansı gün, hansı saat, hansı dəqiqə, kim tərəfindən necə qırılacağı da Allahın hifzində yaşanmış olaraq mövcuddur. Hətta vazanın ilk emal edildiyi an, ilk dəfə satılmaq üzrə vitrinə qoyulduğu an, bir evin küncündə dayandığı an və qırılaraq parça-parça olduğu an, qısacası antikvar vazanın əsrlər içində olduğu hər an, Allah qatında tək bir an olaraq mövcuddur. Vazanı qıran adam bir neçə saniyə əvvəl belə bundan xəbərsiz olduğu halda, Allah qatında o an yaşanıb və bitmişdir. Bu səbəblə Allah insanlara əllərindən çıxanlara kədərlənməmələrini bildirir. Çünki, əllərindən çıxanlar talelərində çıxmışdır və o insanların bunu dəyişdirməyə gücləri yoxdur. Ancaq insanlar talelərində meydana gələn hadisələrdən bir dərs almalı, bu hadisələrdəki hikmət və xeyirləri görərək daim talelərini yaradan sonsuz mərhəmətli, şəfqətli, ədalətli, qullarını əsirgəyən və qoruyan Rəbbimizə yönəlməlidirlər.

Bu əhəmiyyətli həqiqətdən xəbərsiz yaşayan insanlar həyatları boyunca həmişə narahatlıq və qorxu içində olarlar. Halbuki, hər insanın hələ tək bir hüceyrə olduğu halından ilk oxuma, yazma öyrəndiyi ana, universitet imtahanında verdiyi cavablardan, həyatı boyunca hansı şirkətdə nə iş görəcəyinə, hansı kağızlara neçə dəfə imza atacağına, harada və necə öləcəyinə tale hər anı Allah qatında bəllidir. Məsələn indi bu insanın rüşeym halı, məktəb və universitetdəki oxuduğu an, 35 yaşını qeyd etdiyi anı, işinə başladığı ilk günü, öldüyündə mələkləri gördüyü an, yaxınları tərəfindən dəfn edildiyi və axirətdə Allaha hesab verdiyi anlar, tək bir an olaraq Allahın qatında vardır.

O halda, hər anı Allahın qatında yaşanmış, görülmüş və hələ də Allahın yaddaşında hazır olan bir həyat üçün narahat olmağa, qorxu duymaq, kədərlənmək böyük bir qəflətdir. Nə tale çalışarsa çalışsın, nə tale qayğılanarsa qayğılansın bir insanın özü də, uşağı da, yoldaşı və yaxınları da özləri üçün Allah qatında hazır olan həyatlarını yaşayacaqlar. Elə isə ağıl və vicdan sahibi hər insanın bu həqiqəti qavrayaraq Allaha və Allahın yaratdığı taleyə səmimi qəlblə təslim olmalıdır.

Allaha səmimi qəlblə təslim olaraq boyun əyənlər isə həm Allahın razılığını, rəhmətini və cənnətini qazanmağı ümid edə bilərlər, həm də dünyada və axirətdə inam və xoşbəxtlik içində rahat bir həyat yaşayarlar. Çünki, Allaha təslim olan, Allahın yaratdığı taleyin özü üçün ən xeyirlisi olduğunu bilən bir insanı kədərləndirəcək, qorxudacaq, narahat edəcək heç bir şey yoxdur. Bu insan əlindən gələn hər səyi göstərər, ancaq bu səyin də taleyində olduğunu, nə edərsə etsin taleyində yazılı olanları dəyişdirməyə gücü çatmayacağını bilər.

Mömin Allahın yaratdığı taleyə təslim olacaq, bununla birlikdə qarşılaşdığı hadisələr qarşısında bacardıqca səbəblərə bağlanacaq, tədbirli olacaq, hadisələrin onun üçün daha xeyirli olduğunu düşünəcək, amma bütün bunların taledə olduğunu və Allahın ən xeyirlisini əvvəldən təqdir etdiyinin şüuru və rahatlığı içində olacaqdır.

Quranda bu rəftara nümunə olaraq Hz. Yaqubun oğlanlarının təhlükəsizliyi üçün gördüyü tədbirdən danışılır. Hz. Yaqub pis niyyətli insanların bədnəzərindən qorunmaq üçün oğullarına şəhərə ayrı-ayrı qapılardan girməyi tövsiyə etmiş, amma bunun Allahın yazdığı taleni əsla dəyişdirə bilməyəcəklərini onlara xatırlatmışdır:

O dedi: “Ey oğullarım! Şəhərə bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Allahın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər”.

(Yusuf Surəsi / 67)

Allah insanların nə edirlərsə etsinlər talelərini dəyişdirə bilməyəcəklərini bir başqa ayəsində belə bildirir:

Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. O biri qisminiz isə öz canlarının hayına qaldı. Onlar: “Bu işdə bizim üçün bir xeyir varmı?” – deyə Allah barəsində haqsız olaraq, cahiliyyə dövründəkinə bənzər düşüncələrə qapıldılar. De: “Bütün işlər Allaha aiddir!” Onlar sənə bildirmədiklərini öz içərilərində gizlədir: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik” – deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək üçün belə etdi. Allah kökslərdə olanları bilir.

(Ali İmran Surəsi / 154)

Bir insana ölüm yazılmışsa onsuz da öləcəkdir. Hətta, ölümdən qaçmaq üçün axtardığı yollar və üsullar da taleyində yazılmışdır və hər insan taleyindəki hadisəni yaşayacaqdır. Allah bu ayədə də insanlara talelərində yazdığı hadisələrin məqsədinin onları sınamaq və onların ürəklərini təmizləmək olduğunu ifadə etməkdədir. Fatir surəsində isə hər insanın ömrünün Allah qatında müəyyən olduğu, bətnlərə düşən döllərin də Allahın izni ilə olduğu bildirilir:

Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə qalar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən bu, Allah üçün çox asandır.

(Fatır Surəsi / 11)

Qəmər Surəsinin aşağıdakı ayələrində isə insanın hər etdiyinin sətir-sətir yazılı olduğu bildirilərkən, cənnət əhlinin yaşadıqları da yaşanmış hadisələr olaraq izah edilmişdir. Daha əvvəl də deyildiyi kimi, cənnətdəki həqiqi həyat bizim üçün gələcəkdir. Ancaq cənnətdə olanların həyatları, söhbətləri, ziyafətləri bu anda Allahın hifzində vardır. Biz doğulmadan əvvəl də bütün insanlığın dünyadakı və axirətdəki gələcəyi Allah qatında bir an içində yaşanmışdır və Allahın hifzindədir.

Onların etdiyi hər şey əməllərinin yazıldığı kitablarındadır. Hər bir kiçik və böyük əməl yazılmışdır. Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında, qadir Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar!

(Qəmər Surəsi / 52, 55)

ANA SƏHİFƏ

Müəllif haqqında    Digət saytlar     Bizə dəstək olun
www.adnanoktar.az - Saytı mənbə göstərərək çoxalda və köçürə bilərsiniz