TÜRK DİLİ

Şübhəsiz ki, Biz hərşeyi tale ilə yaratdıq.

(Qəmər Surəsi / 49)

QURANDA TALE AYƏLƏRİ
TALEYƏ TƏSLİMİYYƏT
QURANDA NİSBİLİK
TALEYƏ TƏSLİMİYYƏTİN ÖNƏMİ
TALEYİ YAŞAMAQ MÖMİNLƏR ÜÇÜN BİR KOMFORT VƏ HÜZUR VƏSİLƏSİDİR
ZAMANIN NİSBİLİYİ TALE HƏQİQƏTİNİ AÇIQLAMAQDADIR
OLUB BİTƏNLƏRİ GƏLƏCƏKDƏN İZLƏMƏK
ZAMANIN NİSBİLİYİ VƏ TALE HƏQİQƏTİ
ELMİN SÜBUT ETDİYİ HƏQİQƏT YAŞANMIŞ TALEYİNİZİ İZLƏYİRSİNİZ

ELMİN SÜBUT ETDİYİ HƏQİQƏT YAŞANMIŞ TALEYİNİZİ İZLƏYİRSİNİZ

Hollandiyalı fizik Gerard Hooft atom hissəciyinin harda və hansı sürətlə hərəkət edəcəyini 43 saniyə əvvəlcədən müəyyənləşdirən model ixtira etməklə, talein varlığını elmi olaraq sübuta yetirdi.

Tale- Allahın bütün keçmiş və gələcək hadisələri bilməsidir. “Yaşanmamış hadisələr”, əslində, bizim üçün yaşanmamış hadisələrdir. Allah isə zamana və məkana bağlı deyil və  bu məvhumlardan uzaqdır. Çünki bütün bunları yaradan elə Uca Rəbbimizdir. Buna görə də, Allah üçün keçmiş, gələcək və indiki zaman birdir və hamısı olub bitib. Bu təkcə təbiət hadisələri, ölüm, doğum, xəstəliklər və ya müharibələrlə məhdudlaşmır. Hər bir insanın həyatı və davranışlarıyla bağlı ən xırda təfsilatlar belə o insanın taleində bəllidir. İnsanların yaşadıqları hər şeyin əvvəlcədən bir kitabda yazıldığını Allah Quranda belə bildirir:

Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!

(Ənam surəsi /59)

TALE həqİqətİnİn elmi sübütü

Amerikanın dünya şöhrətli elmi jurnalı New Scientist bu mövzuda aparılan bir tədqiqatın təəccüb doğuran nəticələrini bu günlərdə əsas  mövzu etdi. Nobel mükafatına layiq görülmüş Gerard Hooft 10 il sürən elmi araşdırmasını yekunlaşdırıb tale anlayışını konkret elmi dəlillərlə açıqladı. Bu tədqiqatın nəticələri elm aləmində böyük əks-səda doğurdu. Araşdırmanın diqqətə layiq digər bir tərəfi isə bu günədək tale anlayışına qarşı gələn elm adamlarının söykəndikləri nəzəriyyəni çürütməsi idi.

Araşdırma zamanı Hooft “bir hissəciyin harda və hansı sürətlə hərəkət etdiyini” eyni anda təyin etməyə imkan verən bir model ixtira etdi. Gerard Hooft bir atomun 43 saniyə sonra necə hərəkət etdiyini əvvəlcədən müəyyənləşdirmə imkanı əldə etdi.

New Scientist jurnalının dünyanın ən güclü riyaziyyatçılarından ikisi kimi təqdim etdiyi John Conway və Simon Kochen bu tədqiqatı “azad iradə” məvhumunun ölümü kimi şərh etdilər. Princeton Universitetinin mütəxəssisi Conway belə deyir:

“Əgər Hooft kimi bir şəxs atomun vəziyyətini və hərəkətini eyni zamanda təyin edə bilirsə, üstün bir zəkaya sahib bir varlıq kainatdakı bütün hissəciklərin qarşılıqlı təsirini izləyə bilər. Başqa sözlə, azad iradəmizlə etdiyimiz seçimlərin naməlumluğunun arxasında məlum bir nizam durur. ”

Kochen isə bu barədə aşağıdakı kimi misal çəkir:

“Qarşınıza bir dilim şokoladlı və bir dilim çiyələkli keks gətirildiyini fərz edin. Şokoladlı keksi yeməyə başladıqda bu dilimi özünüzün seçdiyinizi düşünürsüz. Halbuki, şokoladlı keksi yeyəcəyiniz onsuz da məlum idi. Biz azad olduğumuzu sanırıq. Əgər Hooftun modeli xətalı deyilsə, azadlığımız məhdud illüziyadan ibarət ola bilər.”

Tale həqİqətİnİn aydın olmasının vacİblİyİ

Uca Rəbbimizin bizə Quran ayələri ilə bildirdiyi, həmçinin, yuxarıda bəhs etdiyimiz tədqiqatın nəticələrindən də göründüyü kimi talein varlığı açıq həqiqətdir. Bu həqiqətdən uzaq yaşayan insanlar bütün həyatlarını narahatlıq və qorxu içində keçirdikləri halda, taleə iman edənlər, bütün ömürlərini bu həqiqət üzərində quranlar böyük lüksə sahibdirlər. Məsələn, talei bilməyən şəxslər uşaqlarının gələcəyi barədə təvəkkülsüzlük göstərib narahat olurlar. Oxuyacağı məktəbi, yiyələnəcəkləri sənəti, sürəcəkləri həyatı, sağlamlıqlarını və s. düşünüb daim narahat olur, qorxu keçirirlər. Əlbəttə, bunların hamısında, talei unutmadan, müxtəlif tədbirlər görmək, planlar qurmaq təbiidir. Amma unudulmamalıdır ki, hər kəsin hələ tək bir hüceyrə olduğu vaxtdan tutmuş oxuyub-yazmağı öyrəndiyi günə tale, qəbul imtahanında verdiyi cavablardan tutmuş hansı şirkətdə və hansı vəzifədə işləyəcəyinə, hansı kağızları və nə tale imzalayacağına, hansı gün hansı yeməyi yeyəcəyinə, hansı gün harda və necə öləcəyinə tale hər dəqiqəsi Allah qatında məlumdur. Sadalanan hadisələrin hər biri Allahın sonsuz hafizəsində gizli şəkildə mövcuddur. Məsələn, bu an bir şəxsin döl vəziyyəti, ibtidai sinifdəki, universitetdəki halı, 35 yaşını qeyd etdiyi, işə başladığı ilk gündəki halı, ölüm anında mələkləri gördüyü, dəfn edildiyi və Allaha axirətdə hesab verdiyi an- hamısı Allahın qatında tək bir an kimi mövcuddur.

Odur ki, hər anı Allah qatında yaşanmış, görülmüş və hələ də Uca Allahın hafizəsində var olan həyat üçün narahat olmaq, qorxu duymaq, kədərlənmək və bu həyatı öz səyi ilə dəyişdirəcəyini düşünmək qəflətdir. İnsan hər nə tale əlləşib-vuruşsa da, nə özü, nə övladları, nə də başqa yaxınları üçün Allah qatında var olan həyatı dəyişdirə bilməz. Ona görə də, ağıl və vicdan sahibi insan bu həqiqəti dərk edib Allaha və Onun yaratdığı taleə səmimi qəlbdən təslim olmalıdır.

Tale Allahın sonsuz elmİnİn və qüdrətİnİn təcəllİsİdİr

İnsanın bütün həyatının film olduğunu düşünsək, bu filmi video kassetten izləyər kimi seyr edərik və bu kasseti irəli almaq imkanımız olmaz. Uca Rəbbimiz də eynilə bu film kimi bizim bütün həyatımızı eyni anda görür və bilir. Bu filmin bütün təfərrüatını müəəyənləşdirib yaradan da Allahdır. Bizim xətkeşin əvvəlini, oratsını və sonunu gördüyümüz kimi, Allah bizim bağlı olduğumuz zamanı başdan sonadək, tək bir an kimi əhatə etmişdir. İnsanlar yalnız vaxtı gələndə bu hadisələri müşahidə edib yaşayırlar. Bu, dünyadakı bütün insanların taleləri üçün belədir. Bu günə tale yaradılmış olan və bundan sonra yaradılacaq bütün insanların həm dünya, həm axirət həyatları bütün anları ilə Allah qatında hazırdır və yaşanmışdır. Allahın sonsuz “hifzində” milyardlarla insanla birlikdə bütün canlıların, planetlərin, əşyaların, bitkilərin taleində yazılmış hadisələr də qətiyyən azalmadan və itmədən mövcuddur. Tale həqiqəti Allahın Hafiz sifətinin (Mühafizə edən, Qoruyan), sonsuz gücünün, qüdrətinin və böyüklüyünün təcəllilərindəndir.

Tale deyildikdə, heç bir fərq olmadan, böyük-kiçik bütün hadisələrin, davranışların və ya qərarların əvvəlcədən müəyyənləşdirilməsi başa düşülməlidir. Taleinizdə çay içmək varsa, çay içərik, keks yemək varsa, keks yeyərik. Etdiyiniz seçim sizə bu barədə verilən bir hissdən qaynaqlanır. Ömür boyu bunun kimi saysız seçimlər edirsiz. Anadan olmağınız, keçirdiyiniz xəstəliklər, evliliyiniz və ya ölümünüz Allah qatında bəlli olduğu kimi, etdiyiniz seçimlərin hər biri Allahın istəyi ilə edəcəyiniz və etmədən əvvəl Onun qatında bilinən seçimlərdir.

Yalnış tale İnancına dİqqət!

Bu yerdə yanlış tale anlayışı nəzərdən qaçırılmamalıdır. Bəzi insanlar: “Onsuz da taleimdə nə var, o olacaq, mənim bir şey etməyimə ehtiyac yoxdur”, - deyə yanlış bir tale anlayışı irəli sürürlər. Yaşadıqlarımızın hamısının taleimizdə bəlli olduğu doğrudur. Hələ biz o hadisəni yaşamamışdan əvvəl həmin hadisə Allah qatında yaşanıb və bütün məlumatları, bütün təfsilatı ilə Allah qatındakı Lövhi-Məvhuz adlı kitabda yazılıdır. Amma Allah hər kəsə sanki hadisələri dəyişdirmə, öz qərarlarına, seçimlərinə görə davranma imkanı varmış kimi bir hiss verir. Məsələn, su içmək istəyən insan “taleyimdə varsa içəcəm” deyə oturub gözləməz. Bunun üçün qalxıb fincanı götütər və suyunu içər. Həqiqətən də, taleində olan fincanda və taleində olan tale su içər. Amma bunları etdikdə öz irədəsi və istəyi ilə etdiyinə dair hiss duyar. Bu hissi ömrü boyu, bütün etdiyi işlərdə hiss edər. Allaha və Allahın onun üçün yaratdığı taleə təslim olmuş kəs ilə bu həqiqəti qavramayan biri arasındakı fərq ondan ibarətdir ki, təslimiyyətli insan öz etdiyi hissini yaşamasına baxmayaraq, bunların hamısının Allahın istəyi ilə etdiyini bilir. Digər insan isə hər etdiyini öz ağlı və gücü ilə etdiyini düşünərək yanılır.

Məsələn, xəstəliyi olduğunu öyrənən, təslimiyyətli insan bunun taleində olduğunu bildiyinə görə çox təvəkküllü davranır: “Allah bunu taleimdə yaratdığına görə mütləq böyük bir xeyir var ”- deyə düşünür. “Əgər taleimdə sağalmaq varsa, sağalacam” deyib əlini qoynuna qoyaraq gözləməz. Əksinə, lazım olan hər şeyi edər; həkimə gedər, yeməyinə nəzarət edər, dərmanlarını qəbul edər. Amma getdiyi həkimin, həkimin yazdığı dərmanların, dərmanların ona təsirinin, sağalıb-sağalmayacağının, başqa sözlə, xəstəliyinin bütün təfərrüatının taleində olduğunu unutmaz. Bütün bunların Allahın hafizısində hələ o, dünyaya gəlməmişdən var olduğunu bilər.

Böyük-kiçik hər bir hadisənin Allahın izniylə reallaşdığı, kitabda yazılmış olduğu bir ayədə belə bildirilir:

“(Ya Peyğəmbərim!) Sən nə iş görsən, Qurandan nə oxusan, (ümmətinlə birlikdə) nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə tale bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!”

(Yunus surəsi / 61)

“Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!.”

(Hədid Surəsi / 22)

Tale deyildikdə, heç bir fərq olmadan, böyük-kiçik bütün hadisələrin, davranışların və ya qərarların əvvəlcədən müəyyənləşdirilməsi başa düşülməlidir. Taleinizdə çay içmək varsa, çay içərik, keks yemək varsa, keks yeyərik. Etdiyiniz seçim sizə bu barədə verilən bir hissdən qaynaqlanır. Ömür boyu bunun kimi saysız seçimlər edirsiz. Anadan olmağınız, keçirdiyiniz xəstəliklər, evliliyiniz və ya ölümünüz Allah qatında bəlli olduğu kimi, etdiyiniz seçimlərin hər biri Allahın istəyi ilə edəcəyiniz və etmədən əvvəl Onun qatında bilinən seçimlərdir.

ANA SƏHİFƏ

Müəllif haqqında    Digət saytlar     Bizə dəstək olun
www.adnanoktar.az - Saytı mənbə göstərərək çoxalda və köçürə bilərsiniz