TÜRK DİLİ

Şübhəsiz ki, Biz hərşeyi tale ilə yaratdıq.

(Qəmər Surəsi / 49)

QURANDA TALE AYƏLƏRİ
TALEYƏ TƏSLİMİYYƏT
QURANDA NİSBİLİK
TALEYƏ TƏSLİMİYYƏTİN ÖNƏMİ
TALEYİ YAŞAMAQ MÖMİNLƏR ÜÇÜN BİR KOMFORT VƏ HÜZUR VƏSİLƏSİDİR
ZAMANIN NİSBİLİYİ TALE HƏQİQƏTİNİ AÇIQLAMAQDADIR
OLUB BİTƏNLƏRİ GƏLƏCƏKDƏN İZLƏMƏK
ZAMANIN NİSBİLİYİ VƏ TALE HƏQİQƏTİ
ELMİN SÜBUT ETDİYİ HƏQİQƏT YAŞANMIŞ TALEYİNİZİ İZLƏYİRSİNİZ

TALEYİ YAŞAMAQ MÖMİNLƏR ÜÇÜN BİR KOMFORT VƏ HÜZUR VƏSİLƏSİDİR

Müsəlmanın gündəlik həyatında müxtəlif çətinliklərlə və sıxıntılarla qarşılaşması həm imtahanıdır, həm də axirətdə qovuşmağı ümid etdiyi cənnət yurdu ilə müqayisə edə biləcəyi bir xoşbəxtlik vəsiləsidir, həm də çətinliklərlə asanlıqların, rahatlığın müqayisə edilməsindən meydana gələcək yüksək bir zövq qaynağıdır. Dünyada möminlərin o insana qarşı hörmət və sevgilərini artıran, özlərinə nümunə götürmələrinə səbəb olan, Allahın izni ilə yaxınlarına müsbət təsir edən, qısacası, xeyir və gözəlliklərlə dolu olan Rəhmani bir nemətdir.

Şeytanın vəsvəsəsilə, bəzən kiçik kimi görünən bir mövzunu adamın tale xaricində - Allahın rəhməti, məlumatı xaricində olduğunu zənn etməsi və ya unutması bir xəstəlikdir. Möminin bu xəstəliyi diqqətlə, ehtiyatla müalicə etməsi və bu xəstəliyə tutulmaqdan qaçınması lazımdır.

Məsələn, çox izləmək istədiyi bir televiziya proqramına baxa bilməməsi və ya yeyəcəyi bir şeyi sifariş verməyi unutması kimi hadisələrin hamısında xeyr və hikmət vardır. Bəzən insan bunu detalları ilə görər, bəzən də görə bilməz və ya çox azını görər. Məsələn, bir televiziya proqramını qaçırar, lakin bu zaman müddətində xeyirli bir xidmət, xeyirli bir təfəkkür üçün vaxt qazanmış olar. O təfəkkürlə, bəlkə də, ömür boyu gözəl xidmətinin gücünü artıracaq bir məlumat əldə edər. Və ya bu müddət ərzində Allahı zikr edər və televiziyadan alacağı savabdan daha çox savab qazanar. Yemək bir şey ismarlamağı unutduğunda isə, bu onun xəstəliyinin keçməsi üçün vəsilə olan bir pəhriz hökmündə ola bilər. Təzyiqi yüksək bir insan, pendir almağı unudub, o gün pendir yeməsə təzyiqi normala dönər. Təvəkkül etdiyi üçün savab qazanar, xeyirə yozduğu üçün Allahın razılığına səbəb olar. Üstəlik gözəl xasiyyətli və təvəkküllü davranışı, möminlərin sevincini, sevgisini daha da artırar. Bəlkə xəstəlik daşıyan bir pendirsə, ondan xilas olmuş olar.

İnsanın gündəlik həyatındakı bu cür nümunələrin sayı həddindən artıq çoxdur. Buna görə, bu mövzunun çox yaxşı başa düşülməsi, ağıldan heç çıxarılmaması çox əhəmiyyətlidir. İnsanın qarşılaşdığı kiçik və ya böyük hər hadisə taledədir. Şeytanın "bunlar tale i əlaqəli deyil" kimi pıçıltısına qarşı möminlərin daim oyanıq və diqqətli olması lazımdır. Bu mövzunu tam anlayıb heç unutmadan ağlında tutmaq, hər hadisəyə, hər şeyə xeyr və hikmət gözüylə baxıb Allahın gözəl planı daxilində inkişaf edən bütün hadisələri belə qiymətləndirmək, axirət və dünya üçün böyük bir nemətdir. Mömin üçün ağıl, iradə, rahatlıq və hüzura vəsilə olan bir gerçəkdir.

 

 

 

ANA SƏHİFƏ

Müəllif haqqında    Digət saytlar     Bizə dəstək olun
www.adnanoktar.az - Saytı mənbə göstərərək çoxalda və köçürə bilərsiniz